Icma.az bildirir, Azpolitika.az portalına istinadən. ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın Ukraynada sülhlə bağlı razılaşma əldə et
Kuleba qeyd edib ki, Rusiya ilə Ukrayna arasında hələ də sülhü qeyri-mümkün edən “fundamental fikir ayrılıqları” mövcuddur: "Məncə, heç bir
Lakin Kuleba hesab edir ki, Alyans yalnız 10-20 ildən sonra Ukraynanı ona üzv olmağa dəvət edəcək.
Eyni zamanda, onun sözlərinə görə, belə bir təklif qəbuledilməzdir, çünki bu müddət ərzində Ukrayna Rusiyanın növbəti hücumlarına qarşı həssas durumda olacaq: "Bu müharibənin real sonu ondan ibarət olacaq ki, bizdən yalnız biri sağ qalacaq.
Ya Ukrayna, ya da Putin".Kuleba Ukraynanın NATO üzvlüyünü gözlədiyi bir vaxtda Britaniya və Fransa sülhməramlılarının cəbhə xəttində yerləşdirilməsi ideyasını tənqid edərək, onlara xərclənəcək pulun silah təchizatına xərclənməsinin daha doğru olduğunu söyləyib: "Sülhməramlı missiya üçün təxminən 40 000 əsgər nəzərdə tutulur.
1500 kilometrlik cəbhə xətti boyunca 40 000 əsgəri yaymağa çalışın. Bu, çox nazik qırmızı xətt olardı".
Bununla yanaşı, keçmiş xarici işlər naziri Trampın Ukraynaya hərbi yardımı dayandırmaqla bağlı hədəsini yerinə yetirəcəyinə inanmır.
Onun sözlərinə görə, Kiyev yenidən rus qoşunları tərəfindən təhdid edilərsə, Tramp fikrini dəyişmək məcburiyyətində qalacaq: "Onun indi və burada nəyin onun xeyrinə olduğunu qiymətləndirmək üçün əla instinktləri var və bu, dəyişə bilər.