“Yaban Group” Əhmədlidə restoran açıb

11.06.2026

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Yaban Group” restoranlar şəbəkəsi böyümə strategiyası çərçivəsində yeni filialını istifadəyə verib.

Marja xəbər verir ki, şəbəkəyə daxil olan “Yaban Holiday” Əhmədli ərazisində fəaliyyətə başlayıb. Yeni məkan 11 iyun tarixindən etibarən test rejimində qapılarını qonaqların üzünə açıb.

Şirkətin yaydığı məlumata görə, “Yaban Holiday” dadlı təamlar, xüsusi pub-restoran ab-havası və istirahət konsepsiyası ilə qonaqlara xidmət göstərəcək. Yeni filialın açılması “Yaban Group”un paytaxt üzrə restoran şəbəkəsini genişləndirməsi baxımından növbəti addım kimi qiymətləndirilir.

Yeni məkan Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsi 53 ünvanında yerləşir. 

Qeyd edək ki, “Yaban Group”a bir sıra restoranlar daxildir. Bunlar arasında "Yaban Tarqovı", "Yaban Sea Breeze", “Yaban61 Beer & Grill", "Yaban Mərdəkan", "Yaban Qorodok", "Yaban Bulvar", "Yaban Music Hall", "Yaban Neftçibaza", "Yaban Xətai" və "Yaban Nərimanov" kimi məkanlar yer alır.

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью