Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 12 iyun, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 11-də ümumi çəkisi 1,9 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 105 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 19 tona yaxın çəkidə 80 min 146 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.