Yabanı halda bitmiş iki tona yaxın çətənə kolu məhv edilib

05.09.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 sentyabr, AZƏRTAC

Ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,7 ton çəkidə 2 min 314 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью