Yabloko partiyası Putin rejiminin hədəfindədir | Icma.az
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Yabloko" partiyasının Ryazan şöbəsinin sədri və yerli "Vid Boko" qəzetinin baş redaktoru Konstantin Smirnov, həmçinin "Novaya qazeta-Ryazan" nəşrinin baş redaktoru Aleksey Frolov saxlanılıb.
İddia edilir ki, onlar hədə-qorxu yolu ilə pul tələb etdikləri üçün tutulublar.
Partiya isə bu həbsi aktiv mövqeyə görə siyasi qisas adlandırır.
Reyting.az bildirir ki, TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsinə görə, söhbət Ryazan vilayətindəki ixtisaslaşdırılmış kommersiya təşkilatının baş direktoru olan şəxsdən 300 min rubl məbləğində pul tələb edilməsindən gedir.
Daha əvvəl "Novaya Qazeta"-da işləmiş "iddia edilən ortaq" Natalya Smolyaninovanın da bu ittihamla saxlanıldığı bildirilir.
İstintaq Komitəsi 300 min rubl tələb edən üç nəfərin saxlanıldığını təsdiqləsə də, bu şəxslərin adlarını açıqlamayıb.
Müstəntiqlərin fikrincə, bundan əvvəl 2024-cü ildə Frolov Ryazan vilayətində ixtisaslaşmış kommersiya təşkilatının baş direktoru vəzifəsini icra edən həmin şəxs haqqında bir neçə məqalə dərc etdirib.
Tam oxu
Xəbəri oxu