Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 12 dekabr, AZƏRTAC “Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşıb.AZƏRTAC xəbər verir ki, ekran əsərinin rejissoru Mətləb Muxtarov, prodüseri Emil Nəcəfovdur.Sənədli film Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindən biridir.Çəkilişlər Sumqayıt şəhərində aparılan ekran əsərinin xronometrajı 27 dəqiqədir.
“Yaddaş sarayları” uşaqlığının ən maraqlı dövrünə qayıtmaq istəyən rejissorun axtarışından bəhs edir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.