Yaddaşı daha yaxşı gücləndirən üsullar ARAŞDIRMA AZƏRTAC | Icma.az
Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 6 yanvar, AZƏRTAC ABŞ-ın Kornell Universitetindən olan tədqiqatçılar tərəfindən aparılan
Tədqiqatın nəticələri yaddaşın təkmilləşdirilməsi və beynin öyrənmə mexanizmlərinin daha yaxşı başa düşülməsi üçün yeni perspektivlər aça bi
Araşdırmaya əsasən yuxu zamanı göz bəbəklərinin kiçilməsi, beynin yeni məlumatları təkrar emal etməsinə və yaddaşı gücləndirməsinə işarədir.
Göz bəbəklərinin genişlənməsi isə köhnə məlumatların yenidən aktivləşdirildiyini göstərir.
REM olmayan yuxu fazası (yuxu zamanı gözlərin sürətli hərəkət etmədiyi dövr) üzərində aparılan müşahidələr göstərir ki, yaddaşın gücləndirilməsi üçün qısa, lakin yüksəkintensivlikli mexanizmlərindən istifadə olunur.
Bu fazada göz bəbəklərinin ölçüsündə baş verən dəyişikliklər, beynin yaddaş proseslərini yeni və köhnə məlumatları qarışdırmadan necə idarə etdiyini göstərir.Tədqiqat zamanı siçanların beyinlərinə elektrodlar yerləşdirilib, göz bəbəklərinin dəyişikliklərini izləmək üçün isə xüsusi kameralardan istifadə edilib.
Siçanlar labirintlərdə müxtəlif tapşırıqları yerinə yetirərək təlim keçiblər.
Yuxu zamanı siçanların göz bəbəklərinin ölçülərində baş verən dəyişikliklər və beyin aktivliyi paralel olaraq izlənilib.
Tam oxu
Xəbəri oxu