Yaddaşı gücləndirən məşqlər və qidalar

29.04.2025

Icma.az, Medicina portalına istinadən məlumat yayır.


Gündəlik həyatın gərgin tempi, stress, yuxusuzluq və qeyri-sağlam qidalanma vərdişləri yaddaşa mənfi təsir göstərir.

Medicina.az xəbər verir ki, mütəxəssislərin fikrincə, düzgün qidalanma və müntəzəm zehni məşqlərlə yaddaşı canlı saxlamaq mümkündür.

Həm gənc yaşda, həm də yaşlandıqca tətbiq oluna bilən bəzi üsullar beyin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Yaddaşı dəstəkləyən qidalar arasında qoz, qaragilə, qızılbalıq, sarıkök, ispanaq və tam taxıllar diqqət çəkir. Bu qidalar tərkibindəki antioksidantlar, omeqa-3 yağ turşuları və B vitaminləri sayəsində beyin funksiyalarını dəstəkləyir.

Digər tərəfdən tapmacalar həll etmək, söz oyunları oynamaq, kitab oxumaq, yeni dil öyrənmək və ya yüngül fiziki məşqlər etmək də zehni performansı artırır.

Mütəxəssislər sağlam yaddaş üçün həm zehni, həm də bədəni aktiv saxlamağın vacibliyini vurğulayırlar.

Aygün

Medicina.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью