Yaddaşı yaxşılaşdırır və görmə qabiliyyətinə kömək edir TƏBİİ RESEPT

14.10.2026

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu içkini içməklə beyin funksiyaları sürətlənir, yaddaş, görmə və eşitmə yaxşılaşır.

Əsas tərkib hissəsi təzə xren bitkisidir. C vitamini, kalium, B1, B2, B6 vitaminləri, dəmir, maqnezium və fosforla zəngindir. Maddələr mübadiləsini sürətləndirir, yorğunluğu azaldır və eyni zamanda mədədə faydalı bakteriyaların inkişafını stimullaşdırır.

Sağlamolun.az resepti təqdim edir:

▫️125 qr xren
▫️4 limon.
▫️3 xörək qaşığı bal
▫️2 xörək qaşığı darçın 
▫️1 kiçik dilim zəncəfil

Xren və zəncəfil blenderdə qarışdırılır. Limon suyunu sıxıb blenderə əlavə edin. 2-3 dəqiqə qarışdırın. 3 yemək qaşığı bal və 2 yemək qaşığı darçın əlavə edin. Şərbət alınana qədər hamısını qarışdırın. Bir qaba tökün.

3 həftə ərzində gündə 2 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edirik. Sonra bir neçə gün ara verin və təkrarlayın.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью