Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaddaş özümüzü dərk etməyimizdə və şəxsiyyətimizin formalaşmasında əsas rol oynayır.
Lakin insan yaddaşı yalnız məlumatların passiv saxlanc yeri deyil.
O, hadisələri aktiv şəkildə yenidən qurur, dəyişdirir və hətta bəzən xəyali “xatirələr” yaradır.
AZƏRTAC kiçik araşdırması ilə yaddaşın real olmayan xatirələr yaratma xüsusiyyətinin elmi və emosional aspektlərini, həmçinin bu fenomenin insan psixologiyası və davranışlarına təsirini təhlil edib.
Yaddaş və xatirələrin yenidən qurulması Yaddaş heç vaxt kamera kimi tam dəqiq olmur.
Beynimiz hadisələri yadda saxlayarkən onları müəyyən mənada “redaktə edir”.
Əsas səbəb yaddaşın təkcə faktları saxlamaq deyil, həm də mövcud vəziyyətə uyğun gələn və adaptasiya oluna bilən məlumatları qorumasıdır.