Icma.az bildirir, Azertag portalına istinadən. Bakı, 24 dekabr, Təhminə Verdiyeva, AZƏRTAC Yaddaş özümüzü dərk etməyimizdə və şəxsiyyətimizi
Lakin insan yaddaşı yalnız məlumatların passiv saxlanc yeri deyil.
O, hadisələri aktiv şəkildə yenidən qurur, dəyişdirir və hətta bəzən xəyali “xatirələr” yaradır.
AZƏRTAC kiçik araşdırması ilə yaddaşın real olmayan xatirələr yaratma xüsusiyyətinin elmi və emosional aspektlərini, həmçinin bu fenomenin insan psixologiyası və davranışlarına təsirini təhlil edib.
Yaddaş və xatirələrin yenidən qurulması Yaddaş heç vaxt kamera kimi tam dəqiq olmur.
Beynimiz hadisələri yadda saxlayarkən onları müəyyən mənada “redaktə edir”.
Əsas səbəb yaddaşın təkcə faktları saxlamaq deyil, həm də mövcud vəziyyətə uyğun gələn və adaptasiya oluna bilən məlumatları qorumasıdır.Məşhur amerikalı psixoloq Elizabeth Loftusun apardığı eksperimentlər yaddaşın dəqiqlikdən uzaq olduğunu sübut edir.
Onun “yanlış xatirələr” mövzusunda apardığı tədqiqatlar göstərir ki, insanlara saxta məlumatlar təqdim etməklə onların yaddaşına həqiqətdə baş verməmiş hadisələri yerləşdirmək mümkündür.