Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Şuşa Dövlət Musiqili Dram Teatrının sabiq direktoru, Əməkdar artist Yadigar Muradovun vəfatından bir il ötür.
Qaynarinfo xəbər verir ki, mərhum aktyorun oğlu, Salyan Dövlət Kukla Teatrının direktoru Yaşar Muradov atasının son günlərində ona verdiyi nəsihəti açıqlayıb:
"Atam dedi ki, zəhmətdən qorxmayın, öz ayaqlarınızın üstündə durmağı bacarın, namərd olmayın və səbirli olun. Bu dörd öyüdün üçün sənə minnətdaram".
Yaşar Muradov atasının vəfatından sonra doğum gününü qeyd etməyəcəyini də bildirib:
"Mənim doğum günüm, sənin ölüm günün... 18 dekabr 2025-ci il... “Məni heç vaxt unutmayacaqsınız” deyərkən nə demək istədiyini indi anlayıram. Sənə söz verirəm, səni heç vaxt unutmamaq üçün ad günü keçirməyəcəyəm".
Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının sabiq direktoru, Əməkdar artist Yadigar Muradov 2025-ci il dekabrın 18-də dünyasını dəyişib. Aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Bahar Rüstəmli