Yadigar Muradovun səhhəti necədir? Telefondan uzaq tutulur

07.10.2025

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhətində irəliləyiş var.

Bunu Qaynarinfo-ya açıqlamasında teatrın direktor müavini Azad Məmmədov deyib. Onun sözlərinə görə, Yadigar Muradov hazırda reanimasiyadadır:

"Həkimlər onu nəzarətdə saxlayır. Yadigar müəllim onkoloji xəstədir, həm də ürək xəstəliyi var. Bu səbəbdən bir müddət nəzarətdə olmalıdır. Amma səhhətində irəliləyiş var, həkimlər telefondan uzaq qalmağı tövsiyə edib".

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti pisləşib. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən aktyor süni nəfəs aparatına qoşulub.

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью