Yadigar Muradovun vəziyyəti açıqlandı

23.10.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan məlumat verilib.

Bildirilib ki, əməkdar artistin vəziyyəti ağır olaraq qalır:

"Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir".

Qeyd edək ki, Yadigar Muradov oktyabrın 4-də yüksək qan təzyiqi səbəbindən xəstəxanaya yerləşdirilib.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью