Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Səninlə baş-başa verib şirin-şirin söhbət etdiyim günlər yadıma düşdü...
"Faiqin bilinmir yaşı,"- deyib, uğunub ketdiyin anlar yadıma düşdü...
Lətif Süleymanlıya "çiyninə çıxıb, qulağına deyərəm"-deyib, ciddi görkəm alaraq, gülməkdən özünü zorla saxladığın anlar yadıma düşdü...
Daşdəmirin üstünə cumub , mənim yazımı niyə qəzetin küncündə qoymusan dediyin anlar yadıma düşdü...
Lətif Novruzovun ağızdan pərtovluğunu bilə-bilə, "Agil müəllim gəldi"- deyib, onu cırnatdığın günləri xatırladım...
Hərdən də heç kimə deyə bilmədiyin, məni yanlayıb, kövrək səslə - bəlkə "Sədərəyə" gedək. Dərslər açılır, qıza bir şeylər alım-
dediyin həmin o günü xatırladım...
Və bir də başımı qaldırıb baxdım ki, bu gün sentyabrın 1-i, sənin mövlud günündür..
Rahat uyu əziz dost,
gözəl insan. Ruhun da xatirələrin də həmişə bizimlədir...
Bu xatirələri bizə sənin qədər əziz olan qardaşın Azərlə tez-tez bölüşürük.
Məkanın cənnət olsun əziz dost...