Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Uşaqların təhlükəsizliyi cəmiyyətin ən həssas mövzularından biridir.
Son günlər baş verən hadisələr dünyanın bu məsum varlıqlarının özlərini harada, kiminlə, necə təhlükəsiz hiss edə biləcəyi məsələsini yenidən gündəmə gətirib.
Çox uzağa getməyək, ötən həftələrdə baş verən hadisələri xatırlayaq: Ağdamın Xındırıstan kəndində 2 və 3 yaşlı uşaqların valideynləri tərəfindən döyülərək xəsarət alması, həmçinin Bakının Sabunçu qəsəbəsində bir yeniyetmənin qəyyumu olan xalası tərəfindən zorakılığa məruz qalması cəmiyyətdə böyük ajiotaj yaratdı.
İki yaşlı körpənin bədənindəki işgəncə izləri olan fotoları, 14 yaşlı uşağın isə qırxılmış saçı və üz ifadəsi ilə qan donduran o məlum videosu gözlərimizin önündən getmir.
Bir az da uzağa getsək, anası tərəfindən cəza verilən, fiziki, psixoloji işgəncəyə məruz qalan Mələk qızımız...
Siyahı olduqca uzundur, amma məqsəd onları xatırladıb yaranı bir az da qanatmaq deyil, əksinə, vacib olan məqamlara işıq tutmaqdır.
Ağdamdakı azyaşlılarla bağlı məsələdə diqqət çəkən vacib detal var.