Yağ, yoxsa şirniyyat Xolesterolu nə yüksəldir?

08.07.2025

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Yüksək xolesterol infarkt, insultların əsas səbəbidir.

“Medicina” xəbər verir ki, kardioloq İnna Zevagina xolesteroldan qorxanlara əsas qadağaları açıqlayıb.

“Yüksək xolesterin səviyyəsi damar patologiyaları, ürək və beyin xəstəliklərinə səbəb olan amillərdən biridir. Xolesterol səviyyəsinin insanın yemək vərdişlərindən təsirlənə bilər.

Bir çox insanlar pəhrizdə istehlak edilən yağ və qızardılmış qidaların miqdarına nəzarət etməyin nə qədər vacib olduğunu bilirlər. Ancaq insanlar tez-tez şirniyyatlara və tez həzm olunan karbohidratlara o qədər aludə olurlar ki, xolesterol nəzarətdən çıxır.

"Bir çox insanlar yağlı, qızardılmış qidaları rasionundan xaric edirlər. Amma sonra onlar heç bir problem olmadan desertlər yeyirlər. Bu arada şəkərdən daha çox qorxmaq lazımdır”.

Beləliklə, qan damarlarını artıq xolesterindən qorumaq üçün ilk növbədə şirniyyat və un məmulatlarının (ağ undan hazırlanmış) istehlakını məhdudlaşdırmalı, belə məhsulları gündəlik və ya gündə bir neçə dəfə yeməməlisən.



Aygün Musayeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью