Yağan güclü qar Astana aeroportunun işini iflic edib

21.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Astana hava limanı güclü qar səbəbindən işini müvəqqəti dayandırıb.

Oxu.Az aeroportun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda Astana aeroportunun uçuş-enmə zolağı qardan təmizlənir.

"Təhlükəsizliyi təmin etmək və aerodromdakı qar kütləsini təmizləmək üçün 10 xüsusi texnika işləyir. Əlverişsiz hava şəraiti və texniki xidmətlə əlaqədar planlaşdırılan 70 reysdən 6-sı, gəlməsi gözlənilən 68 reysdən isə 14-ü gecikib", - deyə məlumatda bildirilib.

Məlumat üçün əlavə edək ki, Astana-Bakı reysi üzrə uçan təyyarənin hərəkət qrafikində heç bir dəyişiklik edilməyib. Reys saat 00:45-də plan üzrə uçuş həyata keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью