Yağan qar əkinçiliyə xeyir, heyvandarlığa ziyandır AÇIQLAMA | Icma.az
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda son günlər bir sıra dağlıq və dağətəyi rayonlarda qarlı və şaxtalı hava şəraiti müşahidə olunur.
Sözügedən hava şəraiti bir sıra bölgələrdə mövsüm üçün xarakterik hesab olunsa da, xüsusilə dağlıq və dağətəyi ərazilərdə aşağı kənd təsərrüfatı sahəsində müəyyən təsirlərlə müşayiət oluna bilər.
Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, qar yağıntılarının əkinçilik təsərrüfatına təsiri əsasən müsbət xarakter daşıyır.
“Çünki hazırda qar yağıntıları daha çox dağ rayonlarında müşahidə olunur və bu ərazilərdə bitkilər inkişaf mərhələsində deyil, “yuxu fazasında”dır.
Bu səbəbdən hazırkı qar yağıntılarının bitkiçiliyə ciddi zərər vurması ehtimalı yoxdur. Eyni zamanda şaxtanın səviyyəsi də yüksək deyil.
Temperatur təxminən mənfi 6, 7 dərəcə civarındadır və mənfi 10 dərəcəyədək olan şaxtalar, ümumiyyətlə, ağac və bitkilər üçün təhlükəli hesab olunmur”.
Vahid Məhərrəmov onu da nəzərə çatdırıb ki, əksinə, qarın bir sıra müsbət təsirləri var: “Qar örtüyü torpaqda nəmlik ehtiyatını artırır, yaz aylarında su balansının qorunmasına kömək edir.
Tam oxu
Xəbəri oxu