Yağıntı və şimşək gözlənilir

08.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən XQ-yə verilən məlumata görə, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-15° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью