Yağıntılar nə vaxtadək davam edəcək?

09.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir. 

Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb.

“Bu da aylıq normanın 81%-ni təşkil edir. Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью