Yağıntılar sabah kəsiləcək

16.08.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bəzi ərazilərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb.

Yağıntılı hava şəraitinin 17-si axşamadək davam edəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью