Yağıntılı hava bu tarixədək davam edəcək

03.12.2024

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Leysan xarakterli yağış fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında  yağıntılı hava şəraiti davam edir. Dekabrın 3-ü saat 13:00-a olan məlumata əsasən hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.

Bunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

O qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью