Yağıntılı hava bu tarixədək davam edəcək

09.12.2024

Manset portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 09-u saat 08:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir. 

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Manset.az-a bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir. 

"Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью