Yağıntılı hava nə vaxtadək davam edəcək?

09.11.2024

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 9-u saat 13:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında, Lənkəran, Astara, Şamaxı, Qobustan, Hacıqabul, Neftçalada arabir yağış yağır.

Yağıntılı hava şəraitinin noyabrın 10-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 12°, Aran rayonlarında 14 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3° şaxtadan 2°-dək istidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью