Yağıntılı hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK

09.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Dekabrın 9-u saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Publika.az-a bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir.

Onun sözlərinə görə, yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью