Yağıntılı hava şəraiti daha iki gün davam edəcək

19.12.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 21-i səhərədək fasilələrlə davam edəcəyi gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimal olunur.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata əsasən, Azərbaycanın şərq rayonlarında da hava şəraitinin dekabrın 20-dən 21-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью