Yağıntılı hava şəraiti davam edəcək Dağlıq ərazilərdə qar yağacaq

29.12.2024

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın şərq rayonlarında dekabrın 30-31-də (Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bildirlir.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında isə dekabrın 30-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью