Yağıntılı hava şəraiti noyabrın 10dək fasilələrlə davam edəcək KONKRET

09.11.2024

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda Bakıda və Abşeron yarımadasında, Lənkəran, Astara, Şamaxı, Qobustan, Hacıqabul, Neftçalada arabir yağış yağır.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yağıntılı hava şəraitinin noyabrın 10-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 12°, Aran rayonlarında 14 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3° şaxtadan 2°-dək istidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью