Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? AÇIQLAMA

12.11.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yağıntılı hava şəraiti yollarda hərəkətin intensivliyinə və təhlükəsizliyinə birbaşa təsir göstərən amillərdəndir. Yağış zamanı asfalt örtüyünün sürüşkənləşməsi, görmə məsafəsinin azalması, əyləc məsafəsinin uzanması və avtomobilin idarəetməsində çətinliklərin yaranması qəza riskini artırır. Xüsusilə yüksək sürətlə hərəkət, təhlükəsiz ara məsafəsinin qorunmaması və təkərlərin yol örtüyü ilə təmasının zəifləməsi sürücülər üçün əlavə təhlükələr yaradır. Belə hava şəraitində sükan arxasında olan şəxslərin daha diqqətli davranması, sürət həddini yolun vəziyyətinə uyğun seçməsi və avtomobillərinin texniki sazlığına diqqət yetirməsi vacibdir.

Avtosfer.az xəbər verir ki, sürücülərin ən çox narahat olduğu məqam isə avtomobil şinlərinin protektorlarının yeyilməsinin yaratdığı vəziyyətlərdir. Belə ki, bəzi sürücülər yağıntılı havalarda maşının arxasının sağa, yaxud sola sürüşməsi halında nə edəcəklərini bilmədiklərini, nəticədə isə qəza törətdiklərini qeyd edirlər. Bəs sürücülər hərəkətdə olan avtomobilin arxasının sürüşməsinin qəza ilə nəticələnməməsi üçün nə edə bilərlər?

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında deyib ki, qarlı hava paytaxt Bakıda çox qısa müddət müşahidə olunduğu üçün bu regionda yaşayan sürücülərin avtomobilə 4 mövsüm təkərləri quraşdırması kifayət edir. Lakin dağlıq və dağətəyi zonalarda yağıntılı havalara görə qış təkərlərinə üstünlük verilməsi vacibdir.

“Avtomobilin hərəkətdə olarkən arxasının sürüşməsi protektorların yeyilməsi ilə yanaşı yol örtüyü ilə də bağlı ola bilər. Digər tərəfdən belə vəziyyətlərdə qəzalardan uzaq durmaq üçün avtomlobilin ötürücüsündə də fərq yaranır. Əgər arxa ötürücülü avtomobilin arxası sağa sürüşürsə, sükanı ehmalca sağa döndərmək lazımdır. Əgər belə vəziyyətdə sükanı əksinə döndərsəniz, maşın yerində fırlanacaq və siz qəza törədəcəksiniz. Ön ötürücülü avtomobillərdə isə vəziyyət bir qədər fərqlidir. Əgər ön ötürücülü avtomobilin arxası hərəkətdə olarkən sürüşərsə, qaz pedalına ehmalca basmaq lazımdır. Bu halda avtomobilin hərəkətdə olduğu zaman balansı tamamilə düzələcək”.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью