Yağış bu tarixədək davam edəcək XƏBƏRDARLIQ

19.12.2024

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 21-i səhərədək fasilələrlə davam edəcəyi gözlənilir".

Bu barədə Redaktor.az-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimal olunur.

"Azərbaycanın şərq rayonlarında da hava şəraitinin dekabrın 20-dən 21-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var", - deyə məlumatda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью