Yağış dekabrın 4ü səhərədək davam edəcək

02.12.2024

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Hazırda Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur.

Yeniazerbaycan.com-un xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yağıntılı hava şəraiti dekabrın 4-ü səhərədək davam edəcək. Abşeron yarımadasının bəzi yerlərində yağıntıların leysan xarakterli olacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью