Yağış dövlət büdcəsini talayan qurumları su üzünə çıxardı“

04.11.2024

Shownews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yağış dövlət büdcəsini talayan qurumları su üzünə çıxardı. Rahat təmizlik işləri aparıla bilər".

Bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Ötən gündən yağan yağışın paytaxtda yaratdığı problemlərə toxunan sənətçi bunları əlavə edib:

"Heç olmasa, yedikləri milyonları alıb millətin boynuna yazılan cərimələri ödəsinlər. Yağış yağan kimi işıqsız qalan, yolda maşını suda batan, saatlarla tıxaclarda qalan bu insanlara hər gün bir bəhanə ilə cərimə yazmaq üçün səbəb axtaran qurumları görün artıq".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью