Yağış gözlənilir Sabahın havası | Icma.az
Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda və Abşeron yarımadasında oktyabrın 15-dən 16-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.Bu barədə Medicina.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, oktyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65% olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gecə və səhər bəzi şərq rayonlarında, axşama doğru isə əksər rayonlardan arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman.
Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.
Tam oxu
Xəbəri oxu