Yağış intensivləşib, qar yağıb

23.11.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərdə isə arabir qar yağıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 23-ü saat 11:00-a olan məlumatında qeyd edilib.

Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 7, Laçında 4, Qubadlı və Şahdağda 3 sm-dir.

Düşən yağıntının miqdarı Daşkəsən və Ordubadda 11, Sədərəkdə 10, Tərtər və Gədəbəydə 9, Ağdam, Yardımlı və Şahbuzda 8, Şamaxıda 7, Göygöl, Bərdə, Göyçay, İsmayıllı və Şərurda 6, Culfada 5, Qobustan, Qrız və Xaltanda 4, Biləsuvar, Şabran, Xınalıq, Altıağac, Lənkəran və Bərdədə 3, Lerik, Ağstafa, Sarıbaş (Qax), Gəncə, Naftalan, Goranboy, Naxçıvan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2, Qəbələ, Şəmkir, Tovuz, Zaqatala, Şəki, Qusar, Mingəçevir, Astara, Yevlax, Ağdamda 1 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 19, Daşkəsən və Naftalanda 18 m/s-dək güclənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью