Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Hidrometeorologiya Xidmətinin iyulun 8-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır.
Xidmətdən “Yeni Sabah”a verilən məlumata görə, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclü olub.
Düşən yağıntının miqdarı Əlibəydə 165 (Zaqatala aylıq normanın 140 faizi), Zaqatalada 57 (aylıq normanın 74 faizi), Balakəndə 52 (aylıq normanın 67 faizi), Sarıbaşda (Qax) 21, Sədərəkdə 5, Gədəbəydə 4, Şərur, Ağstafa, Tovuz, Lerikdə 3, Şəki (Kişçay), Qubada 2, Daşkəsən, Gəncə, Şəmkir, Qusar, Oğuz, Xaltan, Qrız, Bərdə, Zərdab, İmişli, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada eləcə də Bakıda və Abşeron yarımadasında 1 millimetrədək qeydə alınıb. Sezar pizza
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 21, Culfada 19 metrə çatır.