Yağış nə vaxt dayanacaq? Gülşad Məmmədovadan açıqlama

27.03.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda və Abşeron yarımadasında yağıntıların martın 28-də də gün ərzində davam edəcəyi, bəzi ərazilərdə isə intensiv xarakter alacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, yağıntıların 29-u gündüz saatlarından etibarən tədricən kəsiləcəyi proqnozlaşdırılır:
"Güclü yağıntılarla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində su basma hallarının olması istisna edilmir. Bölgələrdə də hazırda intensiv yağışlar müşahidə olunur. Dağlıq ərazilərdə - Qrız, Xınalıq və Şahdağ istiqamətlərində qar yağır. Ümumilikdə, 31-dək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olacaq. Xüsusilə şərq rayonlarında yağıntıların daha da güclənəcəyi ehtimal olunur. 31-i gündüz saatlarından isə yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır", - deyə o fikrini yekunlaşdırıb. (modern.az)
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью