Yağış, şimşək, külək... PROQNOZ | Icma.az
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı ola
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 4-9° isti, gündüz 9-14° isti olacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu