Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən gecədən yağan güclü yağış Abşeron rayonu Masazır və Xırdalan ərazilərində su basmalara səbəb olub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, su basan ərazilərdən biri Masazır qəsəbəsi Əliağa Vahid küçəsidir. Ərazidə piyadaların hərəkəti demək olar ki məhdudlaşıb. Bəzi ünvanlarda su evlərə qədər gedib, çıxıb.
Xırdalanda da oxşar hal yaşanır. Sakinlərin iddiasına görə, ərazidə yağış suları dünən gecədən etibarən yığılmağa başlayıb. Kanalizasiya sisteminin işləməməsi acınacaqlı vəziyyətə səbəb olub.