Yağış və qar gəlir Xəbərdarlıq

20.11.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.
“Noyabrın 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 23-ü səhərədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur”, - məlumatda deyilir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью