Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, Azərbaycanın dağlıq ərazilərində isə qar gözlənilir.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxt və yarımadada hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gündüzdən bəzi yerlərdə arabir yağış yağacaq. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Güclü şimal-qərb küləyi axşam saatlarında mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60, gündüz 70-80 faiz təşkil edəcək.
Rayonlarda isə hava şəraiti daha qeyri-sabit olacaq. Şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntı yağacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında ayrı-ayrı ərazilərdə duman müşahidə ediləcək.
Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 5-9, gündüz 12-15 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 0-3, gündüz 3-5 dərəcə isti gözlənilir.