Yağış yağacaq, leysan olacaq... PROQNOZ

12.10.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20 dərəcə isti, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər saatlarında şərq rayonlarında, axşama doğru isə bəzi ərazilərdə arabir yağış yağacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz 23-27 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 4-9 dərəcə isti, gündüz 13-18 dərəcə isti gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью