Yağış yağıb, şimşək çaxıb FAKTİKİ HAVA

30.09.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 30-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti yağıntılı keçib, şimşək çaxıb, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Qusarda 26, Qubada 21, Lerikdə 8, Kürdəmir, Qəbələ, Sədərək, Zaqatala, Ağdamda 6, Gədəbəy, Sarıbaş (Qax), Yardımlı, Göyçay, Şuşa eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Lənkəran, Zərdab, Oğuz, Şəki, Xaltan, Göygöl, Daşkəsən, Füzulidə 4, İsmayıllı, Şahdağ, Tovuzda 3, Astara, Biləsuvar, Mingəçevir, Şabran, Şahbuzda 2, Xızı, Beyləqan, Sabirabad, İmişli, Tərtər, Bərdə, Yevlax, Gəncə, Naftalan, Ordubad, Culfa, Naxçıvan, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Zəngilanda 1 mm-dək qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью