Yağış yağır, güclü külək əsir FAKTİKİ HAVA KONKRET

03.02.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 3-ü saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4, Şahbuz və Sədərəkdə 3, Kişçayda (Şəki) 2, Naxçıvan, Şərurda, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda 1 mm-dir.

Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Kəlbəcərdə 25, Şahdağda 20, Qobustanda 18, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 10, Aran rayonlarında 16, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью