Yağış yağır, şimşək çaxır

13.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Culfada 23, Daşkəsəndə 12, Naftalanda 11, Ordubadda 9, Qubada 8, Şahdağda 7, Qubadlı, Laçında 6, Zaqatala, Goranboyda 4, Naxçıvan, Sədərək, Göygöl, Tərtər, Beyləqanda 3, Gədəbəy, Qusar, Şəki, Xaçmaz, Yevlax, Biləsuvarda 2, Gəncə, Şəmkir, Balakən, Qəbələ, İsmayıllı, Bərdə, Göyçay, Zərdab, Ağstafa, Kürdəmir, İmişli, Sabirabad, Neftçala, Ağdam, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalan və Daşkəsəndə 18 m/s-yə çatıb.

İyunun 12-si saat 15:12 radələrində Qazax rayonunun bəzi kəndlərinə, saat 16:22 radələrində Tovuz rayonuna, saat 17:30 radələrində Daşkəsən rayonunun Qaraqollar kəndinə diametri 15-20 mm, eyni zamanda rayonun Alaxançallı, Çanaqçı, Şahkərəm kəndlərinə, saat 18:47-18:51 radələrində Tərtər rayonunun Qaraqoyunlu kəndinə diametri 10 mm, saat 20:30 radələrində Kəlbəcərə, saat 21:48-21:55 radələrində Laçın rayonunun Sus kəndinə diametri 10-12 mm, saat 23:30-23:39 radələrində Zəngilan rayonunun Məmmədbəyli kəndinə diametri 12-15 mm olan dolu düşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью