Yağışa görə Zığ dairəsi Hava Limanı yolunda sürət həddi endirilib

29.01.2026

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

SİA xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları məlumat-sürət tablolarında dəyişiklik edib.

Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью