Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Zonquldak şəhərində meteoroloji xəbərdarlıqlardan sonra dünən axşam saatlarından etibarən fasilələrlə yağış yağır.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, güclü yağıntılar nəticəsində yüksəkliklərdən çaylara qarışan allüvial çöküntülər Qara dənizə daşınıb.
Yağışların təsirindən Zonquldak limanının suyu qəhvəyi rəngə çevrilib. Palçıqlı su dənizin səthində geniş əraziyə yayılıb.
Şəhərdə havanın temperaturu 8 dərəcə qeydə alınıb. Yağıntıların təsiri isə davam edir.
Murad İsmayıl