Yağışla bağlı XƏBƏRDARLIQ: Bəzi rayonları sel BASA BİLƏR

04.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Sentyabrın 5-dən etibarən Azərbaycanın bəzi rayonlarında hava şəraitinin dəyişəcəyi, yağış yağacağı gözlənilir.

Yeni Sabah xəbər verir ki,  bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.

Bildirilib ki,  sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacaq. Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Toyuqlu pizza

Yağıntılı hava şəraiti çaylarda sululuğun artmasına səbəb ola bilər. Bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna edilmir.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью