Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 8 sentyabr, AZƏRTAC
Payız fəsli başlamasa da, artıq intensiv yağışlar yağır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraiti sabah da davam edəcək. Gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacaq.
Həmişə olduğu kimi, bu dəfə də yağışlı hava şəraiti yaratdığı mənzərələrlə diqqəti cəlb edir. AZƏRTAC-ın fotoqrafı Xanlar Əlizadə də bu yaddaqalan mənzərələri lentə alaraq əbədiləşdirib. Həmin fotoları təqdim edirik.