Yağışlı hava nə vaxta kimi davam edəcək? QURUM RƏSMİSİ AÇIQLADI | Icma.az
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aprelin 15-dən 16-na keçən gecədən başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında müşahidə edilən leysan xarakterli yağışın günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir.
Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.
Onun sözlərinə görə, şimşək çaxacağı ehtimalı var: "Gözlənilən intensiv və güclü yağışla əlaqədar olaraq Abşeron yarımadasının bəzi ərazilərində su basma halları istisna olunmur.
Aprelin 17-i səhər yağıntının nisbətən kəsiləcəyi gözlənilir. Bölgələrdə də yağıntıların intensivləşəcəyi və aramsız olacağı gözlənilir.
Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacaq. Əlverişsiz hava şəraiti qərb rayonlarda aprelin 17-i gecəyədək, şərq rayonlarında isə sə
Ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarında sel və daşqın keçəcəyi gözlənilir".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu